Rusiya bununla NATO-nu qorxutmağa çalışır - Stoltenberq
Bizi izləyin

Dünya

Rusiya bununla NATO-nu qorxutmağa çalışır - Stoltenberq

Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinası ilə bağlı çıxışı təhlükəli ritorikadır.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Moskva doktrinanı yenidən nəzərdən keçirməklə alyans üzvlərini qorxutmaq istəyir.

“Rusiyanın nüvə ritorikası təhlükəli və ehtiyatsızdır. Biz Rusiyanın nə etdiyini diqqətlə izləyirik”, - deyə Stoltenberq bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına aydınlıq gətirdiyini açıqlayıb. Yeniləmələrə nüvə qarşısının alınmasına tabe olan ölkələrin və hərbi ittifaqların kateqoriyalarının genişləndirilməsi daxildir. Həmçinin qərara alınıb ki, istənilən qeyri-nüvə dövlətindən, lakin nüvə dövlətinin iştirakı ilə təcavüz onların Rusiyaya hücumu kimi qiymətləndirilməlidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm