Dini ayin zamanı çaya girən 46 nəfər boğularaq öldü
Bizi izləyin

Dünya

Dini ayin zamanı çaya girən 46 nəfər boğularaq öldü

Hindistanda qadınların övladlarının rifahı üçün dua etdikləri, oruc tutduqları və birlikdə çaya girdikləri "Jivitputrika" festivalı faciəyə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Bihar Fəlakətlə Mübarizə İdarəsindən açıqlama verilib.

Bildirilir ki, şiddətli yağışın təsirli olduğu əyalətin 15 fərqli bölgəsində 37-si uşaq olmaqla 46 nəfər çay və gölməçələrdə boğularaq ölüb.

Axtarış işlərinin davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, Hindistanda dini bayramlar zamanı ölümcül hadisələr tez-tez baş verir. İyul ayında Uttar Pradeş ştatında ritual zamanı izdihamda 121 nəfər həyatını itirmişdi.

Digər tərəfdən, Hindistanda hər il iyun-sentyabr ayları arasında musson mövsümündə güclü yağışlar və daşqınlar baş verir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm