"Bu ölkənin köməyi olmasaydı, Ukraynada münaqişə ay yarıma bitəcəkdi"
Bizi izləyin

Dünya

"Bu ölkənin köməyi olmasaydı, Ukraynada münaqişə ay yarıma bitəcəkdi"

ABŞ-ın köməyi olmasaydı, Ukraynada münaqişə ay yarıma bitəcəkdi.

Publika.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “Deep Dive” "YouTube" kanalına müsahibəsində deyib. O, Vaşinqtonu Kiyevi maliyyələşdirməklə Ukrayna münaqişəsini uzatmaqda ittiham edib.

“Ukraynanın məhvinə görə amerikalıların özləri məsuliyyət daşıyırlar. Bizim qeyri-məhdud maliyyəmiz və daimi silah axını olmasaydı, bu münaqişə bir ay yarım belə davam edə bilməzdi”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, Rusiya hər zaman böyük təmkin nümayiş etdirib, lakin Qərb dövlətlərinin siyasəti onun təhlükəsizliyini təhdid etməyə başlayanda bundan sonra da boş oturacağını düşünmək sadəlövhlük idi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm