Dağıstanın rəhbərindən dəhşətli partlayışla bağlı ilk AÇIQLAMA
Bizi izləyin

Dünya

Dağıstanın rəhbərindən dəhşətli partlayışla bağlı ilk AÇIQLAMA

Mahaçqalada yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı əsas təhlükə geridə qaldı.

Publika.az xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov "Telegram" kanalında bildirib.

“Hazırda yanğının lokallaşdırılmasını başa çatdırmaq və dağıntıları təmizləmək lazımdır”, - deyə o, jurnalistlərlə söhbətində qeyd edib.

Məlikov əmin edib ki, bütün lazımi köməkliklər göstərilir və bütün xidmətlər operativ reaksiya verib.

Qeyd edək ki, bu gün Mahaçqaladakı “Plus” yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm