“Qızıl həftə”də 2 milyarda yaxın insan Çinə axın edəcək
Bizi izləyin

Dünya

“Qızıl həftə”də 2 milyarda yaxın insan Çinə axın edəcək

Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə 7 günlük bayram tətilində 1 milyard 940 milyondan çox səfərin qeydə alınacağı gözlənilir.

Publika.az xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyi bütün növ nəqliyyat vasitələri, o cümlədən fərdi avtomobillərlə gün ərzində orta hesabla 277 milyon səfərin qeydə alınacağını bildirib.

Nazirlik bayram tətili günlərindən nəqliyyat sisteminin artan tələbatı ödəməsi üçün müvafiq hazırliq işləri gördüyünü açıqlayıb.

Səyahətlərin təxminən 80 faizinin fərdi avtomobillərlə reallaşacağı gözlənilir. Avtomobillərlə səyahət edənlər magistral yollardan ödənişsiz istifadə edə biləcəklər. Elektromobillərin rahat hərəkəti üçün magistral yollarda əlavə enerji doldurma məntəqələri fəaliyyətə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm