Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
Bizi izləyin

Dünya

Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi

Moskvadan Samaraya uçan təyyarə təcili eniş etməli olub.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, buna səbəb təyyarənin tualetində kişi meyitinin aşkarlanması olub.

Hadisə ilə əlaqədar ekipaj təcili olaraq təyyarəni Ulyanovskda endirmək qərarına gəlib.

Məlum olub ki, 44 yaşlı sərnişin təyyarəyə minməzdən öncə özünü pis hiss edib, hətta paytaxt hava limanında tibbi yardım üçün müraciət edib. Ancaq buna baxmayaraq, qohumları ilə birlikdə təyyarəyə minmək qərarına gəlib.

Təyyarədə halı yenidən pisləşən kişi tualetə gedib. Uzun müddət keçdikdən sonra stüardessalar qapını bir neçə dəfə döysələr də, sərnişin cavab verməyib. Qapını sındırmaq lazım gəlib. Qohumları və ekipaj üzvləri onu tualetdə ölü halda tapıblar.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm