"Son bir gündə “Hizbullah”ın yüzlərlə terror obyektini vurduq" - İsrail
Bizi izləyin

Dünya

"Son bir gündə “Hizbullah”ın yüzlərlə terror obyektini vurduq" - İsrail

İsrailin Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Livanda "Hizbullah" radikal hərəkatının onlarla obyektinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd edilir ki, ordu "Hizbullah"ın obyektlərinə, o cümlədən İsraili hədəfə alan buraxılış qurğularına, silah anbarlarına və digər terror infrastrukturuna zərbələr endirib.

"İsrail hərbçiləri son bir gündə “Hizbullah”ın yüzlərlə terror obyektini vurublar", - deyə bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm