“Türk Hava Yolları” bəzi reysləri təxirə saldı
Bizi izləyin

Dünya

“Türk Hava Yolları” bəzi reysləri təxirə saldı

“Türk Hava Yolları” aviaşirkəti (THY) 30 sentyabr - 1 oktyabr tarixlərinə Brüsselə nəzərdə tutulan bəzi reyslərini qarşılıqlı olaraq təxirə salıb.

Publika.az xəbər verir ki, bu barədə THY-dən yayılan açıqlamada bildirilib.

Məlumatda qeyd edilib ki, səfərlər Brüssel Hava Limanında işləyən təhlükəsizlik və bəzi texniki bölmə işçilərinin oktyabrın 1-ə planlaşdırdıqları etiraz aksiyası ilə bağlı həyata keçirilməyəcək.

Bu səbəbdən aviaşirkət tərəfindən sentyabrın 30-na nəzərdə tutulan bir, oktyabrın 1-də isə yeddi İstanbul-Brüssel-İstanbul səfəri ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm