Dövlət Bağçalının avtomobil karvanında qəza baş verib
Bizi izləyin

Dünya

Dövlət Bağçalının avtomobil karvanında qəza baş verib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının olduğu avtomobil karvanında qəza baş verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə 5 avtomobilin iştirakı isə Tunceli vilayətindəki Elazığ-Malatya yolunda qeydə alınıb.

Avtomobil karvanındakı avtomobillərdən biri onun yoluna çıxan iti vurmamaq üçün əyləci basıb. Nəticədə arxadan gələn avtomobillər onunla toqquşub. Toqquşan 5 avtomobildən 3-nün yararsız vəziyyətə düşdüyü bildirilir.

Yüngül xəsarətlər alan MHP üzvləri digər avtomobillərlə yoluna davam ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm