“Bulava” hədəfə çatdı
Bizi izləyin

Dünya

“Bulava” hədəfə çatdı

Rusiya bu gün Barents dənizindəki “Aleksandr Nevski” atom sualtı gəmisindən “Bulava” qitələrarası ballistik raketin atışını həyata keçirib.

Publika.az-ın “lenta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ballistik raket Kamçatkadakı poliqona buraxılıb və atış müvəffəqiyyətlə həyata keçirilib.

Xatırladaq ki, “Bulava” qitələrarası ballistik raketin atom sualtı gəmisindən ilk atışı 29 oktyabrda həyata keçirilib. Həmin vaxt Ağ dənizdəki “Yuriy Dolqorukiy” sualtı gəmisindən istifadə olunub.

Qeyd edək ki, “Bulava” qitələrarası ballistik raketinin uçuş məsafəsi təchizatdan asılıdır və bu məsafə 11 min kilometrə qədər çata bilər. “Bulava”nın 2025-2030-cu illərdə qədər Rusiyanın dəniz strateji nüvə güclərinin əsasını təşkil edəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm