Eldar Ryazanovun vəziyyəti ağırdır
Bizi izləyin

Dünya

Eldar Ryazanovun vəziyyəti ağırdır

Rus və sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi Eldar Ryazanovun səhhəti ağır olaraq qalmaqdadır.

Publika.az-ın İnterfax.az-a istinadən verdiyi məlumata görə, rejisorun vəziyyəti hələ də normallaşmayıb.

Qeyd olunur ki, onun səhhətində irəliləmələr müşahidə olunmur. "Dünən axşam saatlarında Eldar Ryazanovun səhhətinin bərpa dinamikasında qəfil ağırlaşma qeydə alınıb. Hazırda rejissorun vəziyyəti ürəkaçan deyil. Stabil ağır olaraq qiymətləndirilir. Bu səbəbdən də o, hələ ki, nevroreanimasiyada saxlanılır" deyə Ryazanovu müalicə edən həkimlər bildirirlər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm