Məkkədə saxta Quran tapıldı
Bizi izləyin

Dünya

Məkkədə saxta Quran tapıldı

Səudiyyə Ərəbistanının hüquq mühafizə orqanları bəzi məscidlərdən içərisində xətalar və yolundan sapmış bəzi təriqətlərə aid səhv təfsirlər olan Quran nüsxələri aşkarlayıblar.

Publika.az-ın məlumatına görə, Sədiyyənin İslam işləri naziri Şeyx Saleh əş-Şeyx bildirib ki, aşkarlanan nüsxələr müsəlman dünyasının başqa ölkələrində çap olunub və “xeyirxahlar” tərəfindən Məkkədə yayılıb. Onun sözlərinə görə, bir neçə belə kitab Məscid əl-Haramda aşkar edilib. Bəzi nüsxələr kənar nəşriyyatlarda, digər ərəb və müsəlman ölkələrində çap edilib. Bu nüsxələrdin bəziləri keyfiyyətsiz nəşr olunub və kommersiya yolu ilə Məkkəyə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm