Avropa qoşunları orada olmalıdır: Sabiq səfirdən iddia
Bizi izləyin

Dünya

Avropa qoşunları orada olmalıdır: Sabiq səfirdən iddia

Avropa İttifaqı (Aİ) Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynaya sülhməramlı qoşunların göndərilməsi məsələsini müzakirə etməlidir.

Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

“Münaqişə başa çatdıqdan sonra ABŞ və ya NATO deyil, Aİ ölkələri Ukraynaya sülhməramlı qoşunlar göndərməli olacaqlar”, - deyə qəzet yazır.

Bu fikri ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Kennet Vaynşteyn də dəstəkləyib. Onun sözlərinə görə, bu məsuliyyəti NATO və ya ABŞ yox, Avropa ölkələri öz üzərinə götürməlidir. O, “Koreya ssenarisi”ndə hərbisizləşdirilmiş zona yaratmaqla münaqişəyə son qoymaq variantını təklif edir.

"Avropa qoşunları orada olmalıdır", - diplomat vurğulayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm