“Rusiyada ərazi itkisinin dördüncü dalğası başlayacaq” – İddia
Bizi izləyin

Dünya

“Rusiyada ərazi itkisinin dördüncü dalğası başlayacaq” – İddia

“Ukrayna Rusiyanın düşən bayrağını qaldıraraq Şərqi Avropanın Almaniyası olmalıdır”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir təşəbbüslə “Ukrayna” jurnalına müsahibəsində ukraynalı politoloq Yuri Romanenko çıxış edib.

Onun sözlərinə görə, əgər ölkənin sahib olduğu ərazilər xalqın təşkilatçılıq potensialına adekvat deyilsə, ölkə ərazilərini mütləq itirəcək: “Rusiyanın ərazisinin azalmasının üç dalğası baş verib: 1905, 1917-1920 və 1991-ci illər. Əlbəttə, regenerasiya Krımda timsalında qısamüddətli olur. Amma bu, əsas trendi dəyişdirmir. Rusiya tədricən sıxılır və ərazilərin əhəmiyyətli hissəsini itirəcək".

Ukraynalı politoloq qeyd edir ki, Almaniya Avropada, Türkiyə Yaxın Şərqdə olduğu kimi Ukrayna da Şərqi Avropada bayrağını qaldırmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm