Separatçı lider: “Silahları Ukraynadan alırıq” - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Separatçı lider: “Silahları Ukraynadan alırıq” - ŞOK İDDİA

Qorlovka separatçıların lideri, “Bes” ləqəbli Rusiya vətəndaşı İqor Bezler Ukrayna hakimiyyətinin ünvanına şok bir iddia ilə çıxış edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Qorlovkada separatçıların liderlərinin birinin ölməsi barədə xəbəri təkzib edən Bezler separatçılara silahların çatdırılmasında Ukrayna hakimiyyətini ittiham edib.

“Mən Ukrayna hakimiyyətinə sual vermək istəyirəm ki, mühasirəyə alınmış Qorlovkada silahlar birdən-birə necə ortaya çıxdı? Həm də böyük miqdarda. Ukraynalı əsirlər də təsdiq edirlər ki, silahlar Ukraynadan, həm də Ukrayna dilində yazılmış yeşiklərdə gətirilirdi. Silahlar “Ural” yük avtomobilləri ilə hər üç gündən bir gətirilirdi”, - İ.Bezler bildirib.

Qorlovka separatçılarının lideri Ukrayna hakimiyyətinin onlara “satdığı” silahların qiymətini də açıqlayıb: “Ukrayna tərəfinin gətirdiyi avtomatın qiyməti 1900 qrivna (təxminən 150 dollar), BTR-in (zirehli transpartyor) qiyməti isə 19 min qrivna (təxminən 1500 dollar) idi. Tankların satışı barədə isə razılaşma mümkün olmamışdı. Budur, “silahlar haradandır” sualına cavab. Burada Moskvanın əlini axtarmaq lazım deyildir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm