İraqı silkələyən "Yeni nəsil"çilər: Onların rəhbəri Şahsuvar kimdir?
Bizi izləyin

Dünya

İraqı silkələyən "Yeni nəsil"çilər: Onların rəhbəri Şahsuvar kimdir?

İraqın İnkişaf Yolu və terrorla mübarizə dövründə İraq Kürd Regional Rəhbərliyində (İKRR) keçirilən seçkilərdə Bərzani rəhbərliyi etimad qazanıb. Onun partiyası “Kürdüstan Demokratlar Partiyası” (KDP) terror təşkilatı PKK-ya dəstək verən “Kürdüstan Vətənpərvərlər Birliyi”ni (KVB) geridə qoyub.

Publika.az xəbər verir ki, seçkilərin ən böyük sürprizi isə üçüncü yerdə qərarlaşan müəmmalı “Yeni Nəsil” hərəkatıdır.

Rəsmi nəticələrə görə, seçkinin qalibi 40 mandat qazanan Bərzani Ailəsinin rəhbərlik etdiyi KDP olub. İraqda seçki prosesi Bağdad Federal Məhkəməsinin tətbiq etdiyi kvota məhdudiyyətlərinin kölgəsi altında baş tutub. Kvota zərbəsi alan türkmənlər 5 mandatdan 2 yerə düşərkən, partiyasız gənc müxalifətçilərin dəstəyini alan “Yeni Nəsil” adlı hərəkat 16 mandat qazanaraq 3-cü yerə çıxıb.

Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) İraq koordinatoru Bilqay Duman “Haber Global Web Özəl”ə "Yeni Nəsil" hərəkatı haqqında təəccüblü məlumatlar verib.

Onun sözlərinə görə, “Yeni Nəsil” yeni bir müxalifət hərəkatı kimi sayıla bilər: “Bu, əslində tam bir partiya deyil, siyasi hərəkatdır. Onun təşkilatı və ənənəvi partiya quruluşu yoxdur. Onun gənc rəhbəri Şahsuvar Əbdülvahit çox zəngin bir iş adamıdır. Bu səbəbdən də resursa ehtiyac duymadan öz siyasi hərəkatını təşkil edir. Bu hərəkatın aydın ideologiyası yoxdur. Onların keçmiş siyasi islamçılardan tutmuş solçulara, mühafizəkarlara və millətçi kürdlərə qədər geniş siyasi spektri var”.

Bilqay Duman bildirir ki, mövcud idarəçilikdən narazı olan hər kəs "Yeni Nəsil"ə səs verir:

“Bu partiya gənclərin dəstəklədiyi siyasi hərəkatdır. Rəhbərlikdən narazı olan insanların böyük təbəqəsi onlara səs verib. İKRR-də işlərin yaxşı getməməsi, idarəetmə problemləri, maaşların verilməməsi “Yeni Nəsil” hərəkatının bu çatışmazlıqlardan istifadə etməsinə səbəb olub. Artıq “Yeni Nəsil” İraq Kürd Regional Rəhbərliyinin (İKRR) üçüncü partiyası oldu”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm