Uruqvay öz prezidentini seçdi
Bizi izləyin

Dünya

Uruqvay öz prezidentini seçdi

Uruqvayda keçirilən prezident seçkilərində ikinci turda solçu namizəd Tabare Vazquez rəqibi Luis Lacalle Pouya qalib gəlib.

Publika.az-ın məlumatına görə, yekun nəticələrə əsasən hakim Frente Amplio partiyasından olan Vazquez səslərin 52,8 faizini alıb. Sağçı Partido Nacional-dan olan cənab Lacalle Pou isə 41 faiz toplaya bilib.

74 yaşlı Vazques 2005-10 arasında prezident olan xərçəng xəstəliyi həkimidir.

O, oktyabrda keçirilən birinci raundda səslərin 46 faizini alaraq qalib gəlmişdi, amma bu, tam əksəriyyət olmadığına görə ikinci raund da keçirilib.

Konstitusiyaya görə hazırkı Prezident Jose Mujica iki dəfə dalbadal prezident ola bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm