Dünya
Atatürkün nasistlərdən xilas etdiyi Reuter həyatını itirdi
Uşaqlığının çox hissəsini Türkiyədə keçirən, “Daimler Benz”in keçmiş baş direktoru Edzard Reuter 96 yaşında vəfat edib. Hitlerdən qaçan Reuter və ailəsi Atatürkün dəstəyi ilə çoxlu müxaliflər, yəhudilərlə birlikdə Türkiyəyə sığınıb.
Publika.az xəbər verir ki, bu il 101-ci ildönümü qeyd olunan Türkiyə Cümhuriyyəti 1930-cu illərdə modernləşmə və inkişaf yolunda böyük bir dönüş yaşayıb. Bu dövrdə Hitlerdən qaçaraq Türkiyəyə sığınan dissident və yəhudi əsilli alman alimləri də yeni qurulan gənc respublikada mühüm izlər qoyublar. Türkiyəyə sığınan alman alimlərinin biri də Reuter ailəsidir.

Müxalifətdəki SPD partiyasından olan Ernst Reuter 1934-cü ildə Türkiyəyə sığınıb. Ankarada şəhərsalma və dövlət idarəçiliyi mövzusunda mühazirələr oxuyub. Edzard Reuter bir il sonra, 1935-ci ildə 7 yaşında ikən anası ilə atasının yanına gəlib və 12 ilə yaxın Türkiyədə yaşayıb. Edzard Reuterin uşaqlığı yeni paytaxt Ankarada keçib.
O, Türkiyə ilə bağlı xatirələrində daim türk cəmiyyətinin tolerantlığını və qonaqpərvərliyini qeyd edib. Müsahibələrində Türkiyəni hər zaman ikinci vətəni kimi gördüyünü ifadə edən Reuter Türkiyə-Almaniya dostluğunun inkişafına da mühüm töhfələr verib.
Aysel Şahmar
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"






























