Başından vurub 7,5 milyonunu əlindən aldılar
Bizi izləyin

Dünya

Başından vurub 7,5 milyonunu əlindən aldılar

39 yaşlı kişi mənzilinin satışından 7,5 milyon rubl əldə etsə də, həmin pulu evinə kimi çatdıra bilməyib. Hadisə Moskva şəhərində baş verib.

Publika.az Kp.ru-ya istinadən xəbər verir ki, 3 nəfər naməlum şəxs Moskva sakinini gün ərzində izləyib və onun ticarət mərkəzindən çıxmasını gözləyiblər. Daha sonra arxadan onun başına ağır zərbə endiriblər. Nəticədə qarətçilər vətəndaşın mənzilinin satışından əldə etdiyi pul olan əl çantasını oğurlayıb, hadisə yerindən uzaqlaşıblar.

Naməlum şəxslər tərəfindən qarət olunmuş moskvalı özünə gəldikdən sonra oğurluq hadisəsi ilə bağlı şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində qeyd edib ki, Novinski bulvarı, ev 8-də yerləşən ticarət mərkəzindən çıxarkən hücuma məruz qalıb. Keçmiş milyonçunun yadında qalan ancaq o olub ki, 3 nəfər ona yaxınlaşıb və ona arxadan zərbə endiriblər. Moskva polis artıq faktla bağlı araşdırmalara başlayıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm