Dünya
Vassermandan ŞOK PROQNOZ: "Tramp qalib gələcək, lakin 2020-ci ildəki kimi..."
ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp daha çox səs toplayacaq, lakin qələbə onun demokrat rəqibi Kamala Harrisə veriləcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman MK ilə söhbətində belə bir bəyanatla çıxış edib.
O, səsvermənin nəticələrinin artıq onun üçün aydın olduğunu vurğulayıb.
"Qarşıdan gələn seçkilərdə Tramp qalib gələcək, lakin Harris qalib elan olunacaq. 2020-ci ildə etdikləri kimi, eyni şeyi edəcəklər. Tramp qalib gəlsə də, qutular saxta səsvermə bülletenləri ilə dolu idi", - Vasserman bildirib.
Parlamentari xatırladıb ki, dörd il əvvəl Co Bayden qalib gələndə, seçki məntəqələrində Respublikaçılara səs verməyə və ya səslərin hesablanmasını yoxlamağa icazə verməyən ABŞ Demokrat Partiyasının fəalları toplaşmışdı.
Vasserman həmçinin bildirib ki, Rusiya üçün Kamala Harris üstünlük təşkil edəcək, çünki ABŞ mümkün qədər parçalanacaq və o, ölkəni vətəndaş müharibəsinə aparacaq.
Xatırladaq bu gün - noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri başlayıb. Hazırkı vitse-prezident Kamala Harris bu vəzifəyə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Ağ Evin keçmiş rəhbəri Donald Tramp Respublikaçılar Partiyasının namizədi olub. Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra 78 yaşlı Tramp bu posta ən yaşlı namizəd olub. Siyasətçi qalib gəlsə, bu, onun ikinci müddətinə çevriləcək, o zaman qanuna görə yenidən prezidentliyə namizəd ola bilməyəcək.
Hüseyn İbadlı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
-
Rəsmi xronika10:06Elçin Babayev rektor vəzifəsindən azad edildi
-
Tarix09:58150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı
-
Nida Xəbər 09:12Tanınmış vəkil narkotiklə saxlanıldı - FOTO









.jpg)























