Dünya
Yüzlərlə miqrant ABŞ prezidenti seçilmədən sərhədə toplandı
ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Meksikadan təxminən 2500 nəfərlik yeni mühacir karvanının yola düşdüyü bildirilib.
Publika.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubundakı Çiapas ştatının Tapaçula şəhərindən yürüyüş edən minlərlə mühacir ABŞ-ın yeni prezidenti vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istəyir.
Miqrasiya müşahidəçisi Luis Rey Qarsia mətbuata verdiyi açıqlamada təxminən 2500 immiqrantın ABŞ sərhədinə çatmaq üçün yola düşdüyünü və bu rəqəmin arta biləcəyini bildirib.
Mühacirlərin əksəriyyətinin Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haitidən olduğu qeyd edilib.
İspaniyanın EFE agentliyinə açıqlama verən venesuelalı mühacir Ehison Diaz ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi ehtimalına diqqət çəkib: "Tapaçuladan ayrılanların çoxu Trampın qalib gələ biləcəyi qorxusu ilə yola çıxıblar. Tramp qalib gəlsə, ABŞ-a girmək xəyallarımız tamamilə bitə bilər”.
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) məlumatına görə, yanvar-iyul ayları arasında Meksikaya 700 mindən çox miqrant daxil olub.
Roza
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya

















.jpg)















.jpg)
