Dünya
Putindən AKP ilə bağlı təlimat: Hazırlıq görülür
Rusiya prezidenti Vladimir Putin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə bağlı öz partiyası Vahid Rusiya Partiyasına göstəriş verib.
Publika.az xəbər verir ki, AKP Xarici Əlaqələr İdarəsi tərəfindən hazırlanan proqram çərçivəsində partiya heyəti 6-9 noyabr tarixləri arasında Rusiyanın paytaxtı Moskvada görüşlər keçirəcək.
Nümayəndə heyətinə AKP sədrinin müavini Efkan Ala, sədr müavini Zəfər Sırakaya, partiyanın xarici əlaqələr üzrə sədr müavini İbrahim Halil Qorxmaz, o cümlədən siyasi və hüquqi məsələlər üzrə sədr müavini Ömər Serdar daxil olacaq.
Nümayəndə heyəti əvvəlcə Vahid Rusiya Partiyasının Baş Şurasının katibi Vladimir Yakuşev və katibin müavini Vladimir Vasilyevlə görüşəcək.
İclasda AKP ilə Vahid Rusiya Partiyasının 2009-cu ildə imzaladığı anlaşma memorandumuna əlavə olaraq 2025-2027-ci illəri əhatə edən əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə dair protokol imzalanacaq.
Protokolu AKP sədr müavini Zəfər Sırakaya və Vahid Rusiya Partiyası Ali Divan Bürosunun üzvü Andrey Klimov imzalayacaq.
Aysel Şahmar
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək - VİDEO
-
Nida Xəbər 13:33Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq

















.jpg)















