Beyin ölümü gerçəkləşdi
Bizi izləyin

Dünya

Beyin ölümü gerçəkləşdi

Beyin ölümü gerçəkləşdi

Braziliyada avtobus bileti qiymətlərinin qalxmasına qarşı keçirilən aksiyada başından yaralanan operatorun beyin ölümü gerçəkləşib.

Kameramanın ölümə səbəb olan fişəngin etirazçılar tərəfindən atıldığı qeyd edilib.

Hadisə zamanı çəkiliş aparan operator başından ağır zərbə alıb. Andrade adlı operatorun komaya düşməzdən əvvəl bir neçə əməliyyat keçirdiyi bildirilib.

İşlədiyi 10 il ərzində iki dəfə mükafata layiq görülən Andradenin həyat yoldaşı Arlita “Bir ailəni məhv etdilər” deyib.

Araşdırmalardan sonra fişəngi nümayişçilərin atdığı ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm