Dünya
Makron Trampa Rusiya ilə bağlı çağırış etdi - Pərdəarxası müzakirələr gedir
Fransa prezidenti Emmanuel Makron ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla söhbətində onu Ukrayna məsələsində Rusiyadan “real güzəştlər” götürməyə çağırıb.
Publika.az xəbər verir ki, bu baradə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazır.
Noyabrın 6-da baş tutan telefon danışığı təxminən 25 dəqiqə davam edib və bu zaman Makron Trampı Ukrayna ilə bağlı Rusiya ilə istənilən diplomatik prosesin Kremldən real güzəştlərlə nəticələnəcəyini təmin etməyə çağırıb.
Trampın bu təklifə necə reaksiya verdiyi barədə məlumat verilmir.
WSJ-nin məlumatına görə, hazırda Aİ-də Tramp administrasiyası dövründə ABŞ Kiyevə dəstək töhfəsini kəsərsə, Ukraynanı maliyyələşdirməyə necə davam edəcəyi ilə bağlı pərdəarxası müzakirələr gedir.
Bildirilir ki, 2022-ci ilin fevralından ABŞ Ukrayna hökumətinə 106 milyard dollar, o cümlədən 2024-cü ilin sentyabrına olan 70 milyard dollar yardım edib. Aİ öz növbəsində 133 milyard dollar hərbi, maliyyə və humanitar yardım göndərib. Böyük Britaniya və Norveç kimi digər ölkələr də milyardlarla dollar ayırıblar.
Adəm Abbaslı
-
Dünya18:40Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu - Xəbərdarlıq edildi
-
Sosial17:11Əli Əsədov yeni qərar imzaladı
-
Magazin216:57Kardaşyan məhkəməyə brilyantlar içində gəldi: Kimə acıq verib? - FOTOLAR
-
İdman16:43Ulduz futbolçunu "hamiləyəm" deyib şantaj edən qadına bu cəza verildi
-
Sosial16:07“Bolt”un “Tesla” oyunu: Hansısa sahibkara görə inhisarçılıq yaradılıb - FOTO
-
Sosial15:42Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
-
İdman15:24Ronaldonun Corcinası bu FOTOLARLA "partlayış" etdi
-
Magazin214:3350 yaşlı aktrisa: Qadınların bir-birinə necə bənzədiyini görmək dəhşətlidir - FOTO



















.jpg)









.jpg)







