Dünya
Avropa İttifaqı “Meta”nı fantastik məbləğdə cərimələdi
Avropa İttifaqı (Aİ) Komissiyası “Facebook” və “Instagram” sosial media platformalarının sahibi “Meta”nı 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, cəriməyə səbəb “Meta”-nın ittifaqın antiinhisar qaydalarını pozması olub.
Aİ Komissiyasının araşdırması müəyyən edib ki, “Meta” bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.
Qərarda qeyd edilib ki, “Facebook Marketplace”-i “Facebook”-a inteqrasiya etməklə, bu sosial media platformasından istifadə edən hər kəs avtomatik olaraq “Facebook Marketplace”-ə daxil olur və istəsə də, istəməsə də müntəzəm olaraq buna məruz qalır. Bu vəziyyətin digər onlayn təsnifləşdirilmiş reklam xidməti təminatçıları üçün ədalətsiz ticarət şəraiti yaratdığı bildirilib.
Müvafiq olaraq, “Meta”-nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından və ya oxşar məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi qərara alınıb.
Roza
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO

















.jpg)











