Dünya
Dünyanın ən uzun və ən qısa qadınının görüşü: Londonda baş tutdu
Dünyanın ən uzun qadını Rumeysa Gelgi və ən qısaboylu qadını Cyoti Amge Londonda görüşüblər.
Publika.az xəbər verir ki, 27 yaşlı Rumeysa Gelgi və 30 yaşlı Cyoti Amge Ginnesin Rekordlar Gününü qeyd etmək üçün İngiltərənin paytaxtı Londonda bir araya gəlib.
Görüş zamanı türkiyəli veb developer Rumeysa Gelgi və hind aktrisası Cyoti Amge həyat təcrübələrini bölüşüblər. Gelgi bildirib ki, boy fərqinə görə göz təması qurmaqda çətinlik çəkirlər:
“Ortaq cəhətlərimiz var. İkimiz də makiyajı, şəxsi baxımı və dırnaq baxımını sevirik”.
Amge qeyd edib ki, özündən uzun boylu insanları görməyə öyrəşib:
“Bu gün isə başımı qaldırıb dünyanın ən uzun qadınını görəndə çox sevindim. Onunla danışanda özümü çox rahat hiss etdim”.
Qeyd edək ki, dünyanın ən uzun boylu qadını Gelgi 2 metr 15 santimetr, ən qısa boylu qadın Amge isə 62,8 santimetr ilə Ginnesin Rekordlar kitabına düşüb.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika24 Dekabr 19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Cənubi Qafqaz24 Dekabr 18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...







.jpg)















