Çin və Tayvanın birləşməsi başlayır - 65 ildə ilk dəfə
Bizi izləyin

Dünya

Çin və Tayvanın birləşməsi başlayır - 65 ildə ilk dəfə

Çin və Tayvan 1949-cu il vətəndaş müharibəsindən sonra ilk dəfə olaraq yüksək səviyyədə birbaşa danışıqlara başlayır.Danışıqlar Nankin şəhərində baş tutacaq və dörd gün sürəcək.

Çin və Tayvan 1949-cu il vətəndaş müharibəsindən sonra ilk dəfə olaraq yüksək səviyyədə birbaşa danışıqlara başlayır.Danışıqlar Nankin şəhərində baş tutacaq və dörd gün sürəcək.

P

ublika.Az BBC-yə istinadən xəbər verir ki, Tayvan nümayəndələri mətbuatın azadlığı haqda məsələni qaldırmaq niyyətini bəyan ediblər.Pekin öz tərəfindən azad ticarət haqqında razılaşmanın təsdiqlənməsinin üzərində dayanacaq. Hazırda bu razılaşmanı Tayvan parlamentində müzakirə etməkdən imtina edirlər.

Çin, həmçinin Tayvanın onun ərazisinin bir hissəsi olmasında israr edir və rəsmi olaraq birləşdirməyə nail olmaq istəyir.Tayvan da özünü Çin Respublikası adlandırır və bu anda birləşmənin üzərində dayanmasa da, Çinin bütün ərazisinə iddia edir.

Birləşmiş Ştatların Tayvana ehtiyac yaranarsa, müdafiəsi ilə bağlı öhdəliyi olsa da, rəsmi olaraq Vaşinqton Tayvanı müstəqil dövlət kimi tanımır.Son 15 ildə Çin və Tayvan arasında münasibətlər nəzərə çarpacaq dərəcədə yaxşılaşıb.

2008-ci ildə Tayvan və Çin arasında birbaşa aviaməlumatları mübadiləsi başlayıb ki, bu da ikitərəfli ticarəti asanlaşdırıb. Çindən olan turistlər Tayvanın iqtisadiyyatının möhkəmləndirilməsinə kömək edir.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm