Dünya
BCM Netanyahunun həbsinə order verdi
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.
Publika.az xəbər verir ki, BCM-nin saytında verilən bəyanatda deyilir ki, orderlər məhkəməyə qədər Palata tərəfindən verilib. Bu qərarın səbəbləri sənəddə bunun “insanlığa qarşı cinayətlərə” görə edildiyi bildirilir. Bundan əlavə, BCM Netanyahu və Qallantı "müharibə cinayətləri", "müharibə üsulu olaraq aclıq" və Qəzza zolağında əməliyyat zamanı "mülki insanlara qəsdən hücumlar"da ittiham edir.
Eyni zamanda, BCM İsrailin verdiyi vəsatətləri rədd edib.
Netanyahunun ofisi Beynəlxalq Cinayət Məhkəməsini İsraili təcrid etməkdə və ölkəyə qarşı “terror hücumlarına şərait yaratmaqda” ittiham edib. Digər israilli siyasətçilər bu qərarı “məhkəmə üçün biabırçılıq” adlandırıb və “terrorçuluğa qarşı barışmaz mübarizəni davam etdirmək” niyyətlərini bildiriblər.
Adəm Abbaslı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













