Dünya
Rusiya ilə bağlı yeni İDDİA: Şimali Koreyadan sonra bu ölkədən də əsgər toplayır
Rusiya-Ukrayna müharibəsində gərginliyin yenidən artdığı bir vaxtda Britaniyanın “Financial Times” qəzeti Rusiyanın Şimali Koreyadan sonra Yəməndən əsgərləri cəbhədə döyüşmək üçün cəlb etdiyini iddia edib.
Publika.az xəbər verir ki, məlumatda Yəmən əsgərlərinin Husilərin dəstəklədiyi təhlükəsizlik şirkətinin himayəsi ilə Rusiyaya getdiyi və onlara yüksək maaşlarla yanaşı Rusiya vətəndaşlığı da vəd edildiyi iddia edilib.
ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq qəzetə açıqlamasında iddiaları təkzib etməsə də, Rusiyanın İran vasitəsilə Husilərlə əlaqələrini artırmağa çalışdığını və silah transferi ilə bağlı danışıqlar apardığını bildirib.
Ötən ay Rusiyanın Husilərin Qırmızı dənizdəki gəmilərə hücumuna kömək etmək üçün peyk məlumatları təqdim etdiyi qeyd edilib. Moskva əvvəllər dəfələrlə səfərbərlik elan etsə də, əsgər toplamaqda problemləri olduğu düşünülür. Daha əvvəl Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk şəhərində döyüşdüyü və iddiaların ruslar tərəfindən dolayısı ilə qəbul edildiyi bildirilib.
Aysel Şahmar
-
İdman06:46“Barselona”nın futbolçusu ilə bağlı qərar verildi: Geri qayıdacaq
-
Magazin103:13“Yaxınlaşıb dedi ki, ərim səni sevir”
-
Dünya02:42100 tonluq “yağdağı” tapıldı - Görün necə əmələ gəlib
-
Nida Xəbər 00:49Alyona Əliyeva İlham Əliyevi belə təbrik etdi - FOTO
-
Nida Xəbər 00:43Leyla Əliyeva: "Əziz ata, ad günün mübarək" - FOTO
-
Region00:35General hərbçilərlə birlikdə həlak oldu - Baş nazir TƏSDİQLƏDİ
-
Qoroskop00:20Günün ULDUZ FALI - Köhnə xatirələr canlana bilər
-
Magazin123 Dekabr 23:00"Gecə 3-də oxumağa gedərəm, hamısı "ev qızı, gəlini" olub"






















