Qroznıda şiddətli döyüşlər davam edir - VİDEO
Bizi izləyin

Dünya

Qroznıda şiddətli döyüşlər davam edir - VİDEO

Çeçenistan Respublikasının paytaxtı Qroznının mərkəzində mücahidlərlə təhlükəsizlik əməkdaşları arasında şiddətli döyüşlər davam edir.

Publika.az-ın “kavkazcenter.com” saytına istinadən verdiyi məlumata görə, döyüşdə pulemyotlardan, həmçinin ağır texnikadan istifadə olunur.

Mücahidlərin bəyanatında deyilir ki, döyüşdə qarşı tərəfin xeyli sayda avtomobili, zirehli texnikası və çoxlu sayda “kadırovçu” öldürülüb. Qroznıdakı 9-cu şəhər xəstəxanasından da oraya çoxlu cəsəd və yaralının gətirildiyi bildirilib. Öz növbəsində Rusiya KİV-i bildirib ki, 10 polis öldürülüb və xeyli hərbçi yaralanıb.

Məlumata görə, hazırda hadisə yerinə əlavə hərbi birləşmələr və hərbi texnika cəmlənir. Mənbələr bildirir ki, mücahidlər Şalaji tərəfindən 3 minik avtomobili ilə şəhərə daxil olub. Şəhər sakinlərinin məlumatına görə, şəhərdə mücahidlərin digər qrupları da hərəkət edir.

Çeçenistan Respublikasının prezidenti isə açıqlamasında 7 mücahidin öldürüldüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm