Dünya
Qanun layihəsi təsdiqləndi: Bu ölkədə sosial media qadağası qüvvəyə mindi
Avstraliya Senatı Nümayəndələr Palatasında qəbul edilən və 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat verib.
Bildirilib ki, Avstraliya Senatı ilin son iclasında 19-a qarşı 34 səslə 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib.
Dünyada bir ilk olan qanun layihəsi sosial media şirkətlərinə müvafiq tənzimləmələri etmək üçün verilən 12 aylıq müddətdən sonra qüvvəyə minəcək.

“Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və “X” daxil olmaqla qlobal sosial media platformaları qanuna əməl etmədikdə, təxminən 33 milyon dollara qədər cərimələnəcək.
Bəzi mesajlaşma xidmətləri, o cümlədən “WhatsApp”, “YouTube” video platforması və onlayn oyun saytları bu qanundan azad ola bilər.
Qaydalara əməl etməyən gənclər və valideynlər üçün heç bir cəza nəzərdə tutulmur.
Roza
-
Hadisə23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin220:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır












.jpg)











.jpg)









