Dünya
Qərb diqqətli olmalıdır: Orban Rusiyanın “Oreşnik”indən DANIŞDI
Yeni “Oreşnik” orta mənzilli ballistik raketin buraxılışı bütün Qərbə düşünməyə əsas verib.
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib. O, Qərb ölkələrini diqqətli olmağa çağırıb.
"Rusiya əvvəllər məlum olmayan silahdan istifadə edib. Bu silahın nümayişi hamımızı düşündürdü. Və həqiqətən ümid edirəm ki, bu, təkcə bizdən deyil, Qərbi Avropadan da ehtiyatlılıq tələb edəcək", - Orban deyib.
Macarıstanın baş naziri onu da bildirib ki, yeni raket qitələrarası ballistik raketdir və nüvə komponenti daşımağa qadirdir. O, həmçinin onun istifadəsinin mümkün nəticələri ilə bağlı ciddi narahatlığını ifadə edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyanın ən yeni “Oreşnik” orta mənzilli kompleksi güclü və kütləvi zərbələr endirməyə qadirdir. Putin sistemin daha da gücləndirilə biləcəyini vurğulamışdı.
Adəm Abbaslı
-
Sağlamlıq19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
-
Hadisə19:00“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi
-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ






.jpg)
.jpg)


























