Dünya
Tramp illər əvvəl Ərdoğana verdiyi vədləri yerinə yetirəcək?
Donald Trampın ikinci dəfə prezident seçilməsi və bu postda atacağı addımlar ABŞ-dən çox digər ölkələrdə geniş müzakirə olunur. Qardaş Türkiyə də Trampın prezidentliyindən çox şey gözləyir.
Ziddiyyətlərlə dolu birinci dönəm
Türkiyə Trampın qayıdışından sevinməli, yoxsa narahat olmalıdır? Suala cavab tapmaq hələ çətindir. Onun prezidentliyinin birinci dönəmində iki ölkə arasında yaşananlar tez-tez xatırlanır. Daha dəqiq desək, ziddiyyətlər çox olub. Məsələn, 2018-ci ildə Trampın sosial mediada anti-Türkiyə təhdidləri Ankarada kəskin devalvasiyaya səbəb olmuşdu. Bundan əlavə, Tramp Rəcəb Tayyib Ərdoğanı “o, çox yaxşı tanıdığım, vətənini sevən və dediyi kimi, ölkəsi üçün düzgün işlər görən adam" adlandırıb. İkinci müddətdə də bu cür bəyanatların veriləcəyi inandırıcı görünür. Təqdir olunası hal ondan ibarətdir ki, Türkiyə prezidenti Donald Trampı ilk təbrik edənlərdən olub.
Xoş olmayan mesaj
ABŞ ilə Türkiyə arasında problemlər isə az deyil. Türkiyə ABŞ-dən qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq bu, baş vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin də dəvət edilməsi barədə xəbərin yayılması Ankaraya xoş olmayan mesajdır.
Bütün bunların fonunda Ərdoğan Trampın Ankaraya səfər edəcəyinə ümidvardır. Bildirib ki, Tramp Türkiyə ilə bağlı müsbət bəyanatlar verib və bu səbəbdən də ümid edir ki, səfər dəvəti qəbul ediləcək.
Yeni komanda Ankaraya nə vəd edir?
Trampın komandasına seçdiyi şəxslərin Türkiyə ilə münasibətlərə təsir edəcəyi də şəksizdir. Məsələn, o, Mark Rubionu dövlət katibi vəzifəsinə təqdim edib. Rubio Türkiyə əleyhinə çıxışları ilə yaddaqalan biridir. Bu şəxs Suriya böhranından tutmuş digər mövzulara qədər həmişə Ankaranın əleyhinə olub. Pentaqona rəhbər təyin ediləcək Pit Heqsetin, milli təhlükəsizlik müşaviri Mayk Voltsun isə Türkiyəyə münasibətləri hələlik tam bəlli deyil. Trampın dörd min nəfərlik yeni Prezident Administrasiyasının başında isə yəhudi milyarder Hovard Lutnik duracaq. Kabinetində milyarder İlon Mask və Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard kimi bir çox nazir sülh tərəfdarıdırlar. Prezident Ərdoğan bildirib ki, Trampın kabinetində kimlərin olduğunu, yanaşma tərzlərini analiz edirlər, hazırlıqları da ona görədir: “Əsas olan onların hakimiyyət məsuliyyətini üzərlərinə götürdükdən sonra etdikləridir. Biz Trampın müharibələri bitirməsi ilə bağlı dediklərinə inanmaq istəyir, bu istiqamətdə addımlar atmasını gözləyirik”.
Tramp antitürk xətti götürməyəcək
Əksəriyyət hesab edir ki, Tramp antitürk xətti götürməyəcək. Onun qondarma erməni soyqırımı haqda danışmayacağı da gözlənilir. Ümumiyyətlə, Tramp ”erməni kartı" ilə işləyən siyasətçi deyil. O ki qaldı Trampın Suriyadakı YPG və PYD qüvvələrini dəstəkləməsinə, düzdür, bu qruplaşmalara ABŞ maliyyə ayırır. Lakin hər şey yanvarın 20-sindən sonra bəlli olacaq. Türkiyə prezidenti böyük ehtimalla andiçmədə iştirak edəcək və Trampla görüşəcək. Amma ABŞ Suriyada PKK ilə əməkdaşlığı davam etdirərsə, Türkiyə ilə münasibətlərindəki problemlər davam edəcək.
Ərdoğan Putin, Zelenski və Trampla danışa biləcək yeganə liderdir
Trampın qələbəsi Türkiyəni Ukrayna münaqişəsinin həllinə yönəlmiş vasitəçilik səylərini aktivləşdirməyə sövq edə bilər. Yada salaq ki, Trampın seçki kampaniyası zamanı əsas vədlərindən biri Ukraynadakı münaqişəyə son qoymaq olub. Putin Trampın qalib gələcəyini gözləyirdi və ABŞ-nin dəstəyini itirmiş Zelenski ilə sülh danışıqları masasına oturmağa ümid edirdi. Bu proses Prezident Ərdoğanı ön plana çıxara bilər, çünki o, Putin, Zelenski və Trampla danışa biləcək yeganə liderdir.
Hesab edilir ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər cür şansı var. Elə Zelenski də bunun yanvarda mümkün olacağını qeyd edib. Öz növbəsində Türkiyə prezidenti də Ukraynadakı münaqişənin tezliklə həllinin mümkünlüyünə əmin olduğunu bildirib, lakin bir şərtlə ki, Donald Trampın administrasiyası bunun üçün siyasi iradə nümayiş etdirsin. Hesab edilir ki, ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Türkiyə hesab edir ki, daha çox silah, bomba və xaos bu müharibəni bitirməyəcək. Əksinə, dialoq, diplomatiya və razılaşma sülhə qapı açır. Reallıq odur ki, Türkiyə hər iki tərəfi danışıqlar masasına oturtmağa müvəffəq olub. Bunu dəfələrlə edib. “Biz bütün səylərimizi sülhün əldə edilməsinə yönəltmişik və bu istiqamətdə işimizə davam edəcəyik", - deyə Türkiyə lideri qeyd edib.("Kaspi" qəzeti)
-
Dünya14:06
Rusiya nüvə sınaqlarını bərpa edə bilər: ABŞ-a SƏRT XƏBƏRDARLIQ
-
Yaxın Şərq11:56
Suriyada XAOS: Rusiya Hərbi Hava Qüvvələri müxalifətə HÜCUM EDİR
-
Qoroskop10:54
Dekabr ayının ən şanslı bürcləri
-
Region10:30
Gürcüstandakı qanlı toqquşmalardan - FOTOLAR
-
Dünya09:25
Zelenskidən ŞOK BƏYANAT: "Əraziləri dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırıq"
-
Nəqliyyat08:10
Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞDİ
-
MDB07:55
Kadırov süni intellektlə Putinin fotosunu hazırladı: Taxtda əyləşib və...
-
İdman04:20
Qumara görə cəzalandırılan futbolçu adam öldürdü