Dünya
Qasırğaları yaradan smartfonlar imiş....
Araşdırmalar göstərir ki, bu il ABŞ-də yaranmış dağıdıcı qasırğalar “iPhone” kimi smartfonlar da daxil olmaqla, müasir texnologiyalarla əlaqəli ola bilər.
Bu barədə Publika.az “DailyMail” nəşrinə istinadən xəbər verir.
Materialda qeyd olunub ki, mobil cihazların istehsalı və istismarı nəticəsində hər il atmosferə 580 milyon ton karbon qazı buraxılır. Bu da öz növbəsində bütün aviasiya sənayesinin emissiyalarından çoxdur.
Bu emissiyalar okeanları qızdıraraq, “Milton” qasırğası kimi güclü fırtınalar əmələ gətirir. Alimlərin fikrincə, smartfon istehsalının hər bir mərhələsi - xammalın çıxarılmasından tutmuş utilizasiyaya qədər böyük enerji xərcləri tələb edir ki, bu da böyük istixana qazları emissiyası ilə müşayiət olunur.
Bir telefonun istehsalı zamanı təxminən 180 funt karbon qazı atmosferə buraxılır. Halbuki, 180 funt karbon altı ay ərzində avtomobil sürən zaman meydana gəlir.
Ancaq bunlar bütün risklər deyil: telefonların şarj edilməsi, onların istifadəsi və utilizasiyası atmosferə daha da zərərli maddələr buraxır.
Bundan başqa zibilliklərə atılan batareyalardan çıxan zəhərli maddələr torpağa sızaraq ətraf mühiti çirkləndirir və qlobal istiləşmənin, qasırğa və daşqın kimi təbii fəlakətlərin artmasına səbəb olur.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO









.jpg)


.jpg)









_(1).jpg)










