Dünya
Almaniyadan Rusiyaya 650 milyonluq "GÖZ DAĞI": Berlin nə deyirsə, edir
Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfərə gəldiyi və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcəyi təsdiqlənib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Soltsun sözlərinə görə, Kiyevə yeni səfəri ilə o, Ukrayna ilə həmrəyliyini ifadə etmək, həmçinin Almaniyanın Avropada Ukraynanı dəstəkləyən əsas ölkə olaraq qaldığını açıq şəkildə bildirmək istəyir.
Almaniya kansleri həmçinin bildirib ki, Ukrayna prezidenti Zelenski ilə görüş zamanı o, Kiyevə bu ilin dekabrında göndərilməli olan 650 milyon avro məbləğində hərbi məhsulların gələcək tədarükünü elan edəcək.
Şolts əlavə edib ki, Ukrayna Almaniyaya arxalana bilər, çünki Berlin nə deyirsə, edir.
Adəm Abbaslı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil13 Noyabr 18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial13 Noyabr 14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region13 Noyabr 12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi





































