Dünya
Avropalılar daha ABŞ-a güvənmir - Ümidləri puç oldu
Avropalıların ABŞ-a olan ümidləri puç oldu.
Publika.az xəbər verir ki, bu barədə köşə yazarı, siyasətçi Yasek Toxman Polşanın "Niezależny Dziennik Polityczny" nəşrindəki məqaləsində qeyd edib.
O hesab edir ki, Donald Trampın Ağ Evə qayıtması, NATO-nun genişlənməsi və ABŞ-ın Avropadakı hərbi kontingentinin artması yalnız Aİ ölkələrinin Rusiya ilə müharibəyə cəlb olunma riskini artırır.
Müəllif məqaləsinin əsas tezisini başlıqda qoyur: “ABŞ-ın Avropanı müdafiə etməsi reallıq deyil, blefdir!”
Bunu izah edən Toxman bildirir ki, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri “gözümüzün qabağında ABŞ-a bəslənən ümidləri praktiki olaraq puça çıxarıb” və proqnozlaşdırır ki, “biz tezliklə ABŞ və Avropa arasında münasibətlərin fərqli tərəfini görəcəyik”.
Toxman xəbərdarlıq edir ki, Tramp Oval Ofisi təhvil aldıqdan sonra Aİ-nin şəxsi maraqları ciddi şəkildə zədələnə bilər. Müəllifin fikrincə, ABŞ-ın Avropa müttəfiqlərinin müdafiəsi və transatlantik tərəfdaşlığı hücuma məruz qalacaq.
“Bu gün Trampın hakimiyyətə gəlməsi, Şimali Atlantika Alyansına üzvlük və ABŞ-ın Avropadakı hərbi kontingentinin genişlənməsinin NATO-ya üzv ölkələrin təhlükəsizlik perspektivlərini azaldacağını və genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunma riskini artırdığını iddia etmək üçün hər cür obyektiv əsas var”, - deyə müəllif yekunlaşdırıb.
Adəm Abbaslı
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































