Dünya
MHP-dən CHP lideri Özgür Özelə sərt reaksiya - VİDEO
Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında gərginlik günü-gündən artır. Partiyasının qrup toplantısında Dövlət Baxçalının çıxışının yazıldığı kağızı cıran CHP lideri Özgür Özel MHP-dən cavab alıb.
Publika.az xəbər verir ki, CHP-nin Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında tarixə düşəcək anlar yaşanıb.
Belə ki, CHP sədri Özgür Özel Baxçalıya müraciət edib:
“Hörmətli Dövlət, nə vaxt və nə istəyirsənsə danışırsan. Ərdoğanın xeyrinə olan gündəmlər arxasınca getmək dövrü çoxdan geridə qalıb”.
Özelin bu addımına MHP-dən sərt reaksiya gəlib. MHP-nin baş katibi İsmet Büyükataman sosial media hesabında verdiyi açıqlamada bildirib ki, Özel Baxçalının ona qarşı haqlı tənqidlərinə cavab verməkdən yayınır:
“Özgür Özel TBMM kürsüsündə millət və demokratiyadan ümidini kəsdiyini nümayiş etdirir. Özelin deməyə sözü tükənib və əsl siması üzə çıxıb. Belə davam edərsə, Özel tezliklə siyasi çantasını yığacaq və ofis siyasətinə məhkum olacaq”.
Aysel Şahmar
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama








.jpg)





.jpg)













