Dünya
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
Noyabrın 28-də “Heyət Təhrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi müxalif qüvvələrin hücumu nəticəsində Suriyada xəritə dəyişib. Belə ki, Tel Rıfat, İdlib və Hələbin böyük hissəsini nəzarətə götürən rejim əleyhdarları Həmada doğru irəliləməyə davam edirlər.
Publika.az xəbər verir ki, terror təşkilatı PYD/YPG Hələbin şimal-şərq bölgələrindən geri çəkilməyə başlayıb.
Kənd yerlərində intensiv toqquşmaların yaşandığı Həmada bəzi qəsəbələr rejim əleyhdarı qüvvələrin əlinə keçib. Suriyanın rəsmi dövlət xəbər agentliyi ordunun Həmada əks-hücuma hazırlaşdığını açıqlayıb. Bu səbəbdən Həma çölündə müdafiə xətlərinin gücləndirildiyi bildirilib.

Suriya Milli Ordusunun (SNA) “Azadlıq Şəfəqi” əməliyyatı ilə PYD/YPG-dən azad etdiyi Tel Rifat isə terrorçuların yerləşdirdiyi mina və partlayıcılardan təmizlənir. İllər əvvəl didərgin düşmüş dinc sakinlər Tel Rifata qayıdırlar.
Digər tərəfdən, diplomatiya təşəbbüslərinin davam etdiyi Suriyadakı son vəziyyətlə bağlı xarici işlər nazirləri səviyyəsində görüş keçirilə biləcəyi öyrənilib. İranın xarici işlər naziri Abbas Əraqçi Astana prosesi görüşünün dekabrın 7-8-də xarici işlər nazirləri səviyyəsində Dohada keçirilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Tel Rifat 8 ildir ki, terror təşkilatı PKK-nın Suriya qolu YPD-nin işğalı altında idi.
Roza
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region19 Yanvar 16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi















.jpg)


.jpg)








.jpg)









