Dünya
Arktika bu tarixdə buzsuz qala bilər
Yeni araşdırma Arktikada buz itkisinin 2027-ci ilin yayında baş verəcəyini üzə çıxarıb.
Publika.az xəbər verir ki, zaman-zaman elm adamları buz sahəsinin qısa müddətdə bir milyon kvadrat kilometrdən aşağı düşməsi kimi fikirlər irəli sürüblər. Hazırda Arktikanın buzsuz qalacağının qaçılmaz olduğunu söyləyirlər.
Kolorado Boulder Universitetinin klimatoloqu Alexandra Jahn və İsveçin Göteborq Universitetinin əməkdaşı Selin Heuze də daxil olmaqla beynəlxalq tədqiqatçılar qrupu buzsuz ilk günü proqnozlaşdırmaq üçün 300-dən çox kompüter modelindən istifadə edib.
Araşdırmaya görə, Şimal Buzlu Okeanı müntəzəm olaraq buzsuz qalarsa, bu, şimal dənizinin zəif ekosisteminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Alimlər açıqlamalarında dəniz buzlarının əriməsinin qarşısını almağın mümkün olduğunu bildiriblər.
Aysel Şahmar
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq



































