Ukraynada Sakitlik Günü elan olundu
Bizi izləyin

Dünya

Ukraynada Sakitlik Günü elan olundu

Dekabrın 9-u Ukraynanın cənubi-şərqində sakitlik günü elan edilib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko fərman imzalayıb.

“Donetsk Xalq Respublikası” separatçı qurumdan da atəşin dayandırılması haqqında Kiyevlə əldə olunan razılıq təsdiqlənib. Separatçı qurumun “parlament başçısı” Andrey Purqin həmçinin bildirib ki, ağır texnikanın cəbhə xəttindən çıxarılmasına 6 dekabrdan başlanılacaq.

Qeyd edək ki, sonuncu dəfə sakitlik günü oktyabrın əvvəlində elan edilib. Münaqişə dövründə atəşkəs rejimi dəfələrlə elan edilib. Ancaq atəşkəs rejimi mütəmadi pozulur və buna görə tərəflər bir-birini ittiham edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm