Dünya
Roma Papasına sui-qəsd cəhdi: Necə sağ çıxdı?
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk 2021-ci ildə İraqa səfəri zamanı iki sui-qəsd cəhdindən sağ çıxdığını bildirib.
Publika.az xəbər verir ki, Papa Fransisk gələn il nəşri gözlənilən "Spera" adlı tərcümeyi-halında uşaqlığından yaxın dövrlərə qədər xatirələrini yazıb.
Papanın kitabında qeyd etdiyi mühüm xatirə 5-8 mart 2021-ci il tarixlərində İraqa səfəri zamanı ona qarşı hücum cəhdləri olub.
“İngiltərə məxfi xidmətlərindən alınan məlumatlar üzərinə polis Vatikan Jandarmına xəbərdarlıq etdi. Partlayıcılarla dolu gənc kamikadze olan qadın özünü partlatmaq üçün Mosula gedirmiş. Eyni məqsədlə yola çıxan mikroavtobus da sürətlə hərəkət edirdi, lakin səfər davam etdi”, - deyə tərcümeyi-halda qeyd edilib.
Papa Mosul bölgəsində jandarmadan iki hücumçunu soruşduğunu əlavə edib: “Jandarmadan bu iki hücumçu haqqında soruşduqda komandir “Artıq onlar yoxdur” dedi. İraq polisi onların qarşısını kəsdi. Bu vəziyyət mənə çox təsir etdi. Bu, müharibənin zəhərli bəhrələrindən biri idi”.
Roza
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı













.png)




















