Dünya
Ağıllı saatlarda gizli təhlükə: Xəbəriniz olsun

Ağıllı saatlar və fitnes qolbaqları gündəlik həyatın ayrılmaz hissələri arasında olmaqla yanaşı, bəzi risklər də gətirir. Son tədqiqatlar müəyyən edib ki, bu məhsullar istifadəçiləri yüksək səviyyədə kimyəvi maddələrə məruz qoyur.
Publika.az xəbər verir ki, araşdırma nəticəsində flüorlu sintetik kauçukdan hazırlanmış saatların tərkibində "perfluoroheksanoik" turşu (PFHxA) adlı kimyəvi maddə oluğu ortaya çıxıb.
Bu maddə həm ətraf mühitə, həm də insan sağlamlığına zərərləri ilə tanınan PFAS qrupunun üzvüdür.
PFAS ətraf mühitdə uzun müddət qalıcı olması və suyu, təri və yağı dəf etmə qabiliyyətinə görə bir çox istehlak məhsullarında istifadə olunur.
Bu kimyəvi maddələr məhsulların çirklənməsinin qarşısını almaq üçün fitnes qolbaqlarında da üstünlük təşkil edir. Ancaq bu xüsusiyyətlər kimyəvi maddələrin dəri vasitəsilə birbaşa bədənə keçmə riskini artırır.
Araşdırmanın aparıcı müəllifi Alissa Viks istifadəçilərə daha silikon əsaslı qolbaqlar seçməyi tövsiyə edir.
Roza

-
MDB20:12
Moskvada on ballıq tıxac: paytaxt iflic vəziyyətinə düşdü
-
Hadisə19:48
Azərbaycanda polis mayoru faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Dünya19:12
Qayınatadan DƏHŞƏTLİ ƏMƏL: qızını xaricə bal ayına aparmayan kürəkənin...
-
Ekologiya18:40
Balıq sevənlərə ŞAD XƏBƏR - Yeni bazarlar salınacaq
-
Hadisə17:49
Bakıda məşhur şirkətdə faciəli hadisə - Fəhlə öldü
-
Rəsmi xronika17:25
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Kriminal17:05
Azərbaycanda mağaza sahibi ondan şikayət edən müştərini öldürdü
-
Sosial16:35
Məktəbdə zəhərlənənlərin sayı 71-ə çatdı - YENİLƏNDİ/VİDEO