Dünya
Ən əsası strateji sakitlikdir: Orban Zelenskinin təhqirlərinə cavab verdi
Macarıstanın baş naziri Viktor Orban Vladimir Zelenskinin təhqirlərinə cavab olaraq deyib ki, təxribatlara boyun əyməmək və strateji sakitliyi saxlamaq lazımdır.
Publika.az xəbər verir ki, “Kossuth” radiosunda Zelenskinin son bəyanatını şərh edən Orban “Müharibə zamanı heç bir təxribata tab gətirə bilməzsiniz, ən əsası strateji sakitlikdir” deyib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto cümə axşamı bildirib ki, Ukrayna Milad bayramı atəşkəs təklifinə cavab olaraq Macarıstana qarşı çirkin kampaniyaya başlayıb.
Bundan əvvəl Zelenski Orbanı sülh təşəbbüsü ilə bağlı "özünü reklam etmək" istəməkdə günahlandıraraq, ona Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə imkan verməyəcəyini və hətta ölkəyə buraxılmayacağını demişdi.
Çərşənbə günü Orban, Zelenskinin təhqirlərinə cavab olaraq, təxribatlara uymayacağını, Milad bayramı atəşkəs təklifinin hələ də qüvvədə olduğunu söyləyib.
Keçən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Avropada “uzunmüddətli və davamlı” sülhün bərqərar olması imkanlarını müzakirə etdiyi üçün Zelenski Orbandan incimişdi. Xatırladaq ki, Orban Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi və Milad bayramı atəşkəs ideyasını dilə gətirib, bu təklif diplomatik kanallar vasitəsilə Zelenskiyə də çatdırılıb, lakin rədd edilib.
Tural
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO
-
Magazin16 Dekabr 21:50Elşən bu məşhuru sevirmiş - ETİRAF






















.jpg)






.jpg)




