Dünya
İsrail hava limanını vurdu: ÜST-nin direktoru da orada olub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin Səna Beynəlxalq Hava Limanına hücumu zamanı orada olduğunu və bir nəfərin yaralandığını bildirib.
Publika.az xəbər verir ki, Qebreyesus qeyd edib ki, Yəməndə saxlanılan BMT əməkdaşlarının azad edilməsi üçün danışıqlar aparmaq, həmçinin ölkədəki sağlamlıq və humanitar vəziyyəti qiymətləndirmək missiyası dünən başa çatıb:
“Təxminən iki saat əvvəl Sənadan təyyarəyə minmək ərəfəsində hava limanına hücum edildi. Təyyarənin ekipajının bir üzvü yaralanıb. Aeroportda azı 2 nəfərin öldüyü bildirilir”.
BMT-nin baş katibi Antonio Quterreş Yəmən və İsrail arasında gərginliyin artması və İsrailin Səna hava limanına hava hücumundan sonra verdiyi açıqlamada, mülki şəxsləri və humanitar yardım işçilərini müdafiə etməyə çağırıb.
Aysel Şahmar
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama








.jpg)




















