Hərbi təyyarə təsadüfən mülki insanları vurdu: Ölənlər var
Bizi izləyin

Dünya

Hərbi təyyarə təsadüfən mülki insanları vurdu: Ölənlər var

Nigeriyada hərbi təyyarə təsadüfən dinc sakinləri vurub.

Publika.az xəbər verir ki, Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplaşmalara qarşı əməliyyat zamanı orduya məxsus hərbi təyyarə təsadüfən iki kənddə mülki vətəndaşları vurub.

Ştat qubernatoru Əhməd Aliyu hücumda 10 nəfərin həyatını itirdiyini açıqlayıb:

“Hərbi təyyarələr əyalətdə terror cinayətləri törədən silahlı qrupları zərərsizləşdirmək üçün vəzifə yerinə yetirirdi. Onlar təsadüfən günahsız insanları vurublar”, - deyən Aliyu həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, əyalət rəhbərliyinin hərbi əməliyyatı araşdırmaq üçün digər səlahiyyətlilərlə əməkdaşlıq edəcəyini bildirib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm