Dünya
Hava limanında görün nə aşkarlandı - FOTOLAR
Tailand polisi İstanbul hava limanında nəsli kəsilməkdə olan qorilla balasının qaçaqmalçılığında şübhəli bilinən şəxslə bağlı əməliyyat keçirib.
Publika.az xəbər verir ki, Nigeriyadan Banqkoka Türkiyə üzərindən göndərilmək üçün yola düşən qorilla balasının İstanbul hava limanında tapılmasından sonra Tailand polisi hərəkətə keçib.
Polis bu məqsədlə Nakhon Pathom əyalətində fermada axtarışlara başlayıb. Tayland Təbii Sərvətlər və Ətraf Mühit Cinayətləri Polis İdarəsinin rəisi Vatcharin Phusit verdiyi açıqlamada bildirib ki, fermada həyata keçirilən əməliyyat nəticəsində 22 fərqli növdən 284 heyvan tapılıb.

Fermada heyvan ticarətinin qanuni olub-olmaması ilə bağlı araşdırmalar aparılıb. Polis İstanbulda ələ keçirilən qorillanın olduğu bağlamanın sənədlərdə 50 dovşan daşıdığı kimi qeyd edildiyini bildirib.
Taylandın Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentinin baş direktoru Atthaphon Charoenchansa açıqlama verib.

Baş direktor Taylanda göndərilməsi planlaşdırılan qorillanın buradan başqa bir ölkəyə qaçaq yolla aparılmasını müəyyən etdiklərini bildirib.
Nəsli kəsilməkdə olan qorilla növlərinin dəyərinin milyonlarla olduğu diqqətə çatdırılıb. Tayland polisinin hadisə ilə bağlı araşdırması davam edir.

Aysel Şahmar
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı







.jpg)




.jpg)
















.jpg)

