Dünya
“Baykar” İtaliyanın “Piaggio Aerospace” aviasiya şirkətini alır
"Baykar" İtaliyanın aviasiya nəhəngi “Piaggio Aerospace”in yeni sahibi olacaq.
Publika.az xəbər verir ki, İtaliyanın Müəssisələr Nazirliyi “Piaggio Aerospace” şirkətinin Baykara satışını təsdiqləyib.
1884-cü ildə qurulan İtaliyanın köklü aviasiya şirkəti “Piaggio Aerospace”i almaq üçün keçirilən tenderdə dünyanın ən böyük silahlı pilotsuz uçuş aparatı (UCAV) şirkəti "Baykar" ən yaxşı təklifi verən şirkət olub. Mübahisəli proses olan tenderdə Baykar müxtəlif ölkələrdən təklif verən rəqiblərini geridə qoyaraq qalib gəlib.
Aviasiya sənayesində “Göyün Ferrarisi” kimi tanınan “P.180 Avanti” biznes təyyarələri elə bu şirkətə məxsusdur. Bu satınalma ilə "Baykar" “Piaggio”nun tarixi irsini qoruyaraq və istehsal gücünü gücləndirməklə yanaşı, Avropa aviasiya bazarındakı təsirini artıracaq. Baykarın gələcək vizyonu ilə yanaşı, İtaliyada şirkətin təmin etdiyi məşğulluğu artırmaq da hədəflənir.
2023-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirən "Baykar" Türkiyədə bütün sektorlarda ən çox ixracat edən ilk 10 şirkət arasında yer alıb. ABŞ-da yerləşən CNAS beyin mərkəzinin (Center for New American Security) hesabatına görə, Türkiyə dünya İHA ixracat bazarının 65 faizinə hakimdir. ABŞ-ın ən yaxın rəqibindən 3 dəfə böyük olan "Baykar" təkcə bu bazarın təxminən yüzdə 60-ına sahibdir.
Aysel Şahmar
-
Hadisə10:12Şamaxı və Ağsuda zəlzələ oldu - YENİLƏNİB
-
Sağlamlıq10:06Uşaqlarımızı necə zəhərləyirik? - Alimlər həyəcan təbili çaldılar
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO




































