Dünya
NASA komandirindən etiraf: Yanımdan bir UFO keçdi
Son illərdə ABŞ-da UFO-larla bağlı iddialara yenisi əlavə edilib.
Publika.az xəbər verir ki, NASA astronavtı Leroy Çiao Texas üzərində uçarkən iki metal kürə formalı UFO gördüyünü açıqlayıb.
2004-2005-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya 10-cu ekspedisiyanın komandiri vəzifəsini yerinə yetirən Leroy Çiao bu obyektlərin 9 min fut yüksəklikdə uçarkən onun təyyarəsinin sol tərəfindən keçdiyini bildirib.
O, obyektlərdən birinin digərinin üstündə uçduğunu və hər birinin diametrinin təxminən 90 sm olduğunu söyləyib:
“Az qala qəzaya uğrayacaqdılar, amma xoşbəxtlikdən heç nə olmadı. Onlar qəzaya uğrasaydı, nəticə pis ola bilərdi. Hadisə o qədər tez baş verdi ki, qorxmağa belə imkanım olmadı”.
Keçmiş astronavt eyni zamanda bunların ABŞ-ın gizli hərbi texnologiyası ola biləcəyini də ehtimal edir.
Aysel
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































