Dünya
8 gündür bütün ölkə 3 yaşlı qızı xilas edə bilmir: Görün hara düşüb
Hindistanda 8 gündən artıqdır ki, quyuya düşən üç yaşlı qızı xilas etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumatda bildirilir ki, xilasedicilər uşağı xilas etmək üçün fasiləsiz tədbirlər həyata keçirir. Eyni zamanda qızın düşdüyü quyunun dərinliyi 200 metrə yaxındır. Üstəlik, qız orada uzun müddət qalıb və çox zəifləyib.
Hazırda xilasedicilər uşağı oradan çıxarmağı planlaşdırdıqları keçidi qazmaqla məşğuldur. Bundan əlavə, qız üçün hava təchizatı təşkil edilib. Onun vəziyyəti videokamera vasitəsilə izlənilir.
KİV xəbər verir ki, xilasedicilər 3 gün ərzində az qala əllə keçid qazıblar və yalnız bundan sonra xüsusi texnika peyda olub. Hələlik qızı quyudan çıxarmaq mümkün olmayıb. Aramsız yağan yağışlar da prosesi çətinləşdirir.
Tural
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
-
Sosial11:36Əhaliyə pis xəbər: Bu ildən...
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı
-
Ekologiya07:17Bu gün sulu qar yağacaq - PROQNOZ
-
Magazin106:16"Bəzi "əyrimçələr" ailəmi dağıtmağa çalışırlar"


















.jpg)

.jpg)




.jpg)







