Dünya
İki sərnişin avtobusu toqquşdu: 13 ölü
Qərbi Afrika ölkəsi olan Nigeriyanın Ondo əyalətində iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Yol Təhlükəsizliyi Təşkilatının Ondo Dövlət Koordinatoru Samuel İbitoye mətbuata açıqlama verib.
O, əyalətin Ovo/İkare-Akoko avtomobil yolunda iki sərnişin avtobusunun toqquşduğunu bildirib.
İbitoye toqquşmadan sonra başlayan yanğında 13 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını qeyd edib.
Vəziyyəti ağır olan yaralıların xəstəxanaya yerləşdirildiyini qeyd edən İbitoye ölənlərin sayının artacağından narahat olduğunu vurğulayıb.
Həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyini deyən İbitoye sürücülərə daha diqqətli olmaları barədə xəbərdar edib.
Roza
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki



































